Azərbaycan Respublikası Diaspora Komitəsinin Sədri Fuad Muradov TAİB İdarə Heyətini ziyarət etdi

Azərbaycan Respublikası Diaspora Komitəsinin Sədri Fuad Muradov TAİB İdarə Heyətini ziyarət etdi

Aprelin 5-də keçirilən iftar yeməyində TAİB üzvləri ilə bir araya gələn Muradov Azərbaycan Dövlət Diaspora Komitəsinin fəaliyyətlərindən bəhs edərək Komitənin əsas vəzifəsinin digər ölkələrdə yaşayan azərbaycanlıların yaşadıqları ölkənin mədəni, iqtisadi, sosial və siyasət həyatında aktiv rol alaraq ölkəyə töhfə vermələrini dəstəkləmək, diaspora qurumları arasında koordinasiyani gücləndirmək, yerli cəmiyyətlərlə inteqrasiyaya fokuslanmaq, sosiosiyasi inkişafı təmin etmək və lobbi fəaliyyətlərini gücləndirmək olduğunu bildirdi.

Bu kontekstdə TAİB nəzdində Türkiyədə yaşayan və fəaliyyət göstərən azərbaycanlı iş adamlarına dəstək verməyə hər zaman hazır oldudqlarını ifadə etdi. Muradov üzvlərlə tək-tək danışaraq fəaliyyət sahələri və verilə biləcək dəstək barədə məlumat aldı, gələcəkdə daha çox görüşmək istəyini bildirdi.

Muradov həmçinin dərnəklərin Türkiyə-Azərbaycan münasibətlərinə töhfə verdiyini vurğulayaraq, Dövlət Diaspora Komitəsinin Sədri Fuad Muradovun TAİB İdarə Heyətinin Sədri, iş adamı Elshan Guliyev ilə görüşərək ikitərəfli əməkdaşlıq imkanlarını müzakirə etdiyini bildirdi.

Published On: Aprel 8th, 2024
Go to Top