TAİB haqqında

2012-ci ildə 16 hüquqi və fiziki şəxsin iştirakı ilə İstanbulda qurulan “Türkiyədəki Azərbaycanlı İş İnsanları Birliyi” (TAİB) Türkiyə Cümhuriyyətində fəaliyyət göstərən azərbaycanlı və ya Azərbaycan əsilli iş adamlarını bir çatı altında birləşdirərək onların tanışlığını və həmrəyliyini təmin etmək, Türkiyədəki iqtisadi mühit haqqında ümumi məlumat vermək, ticarət, iqtisadi və texniki sahələrdə əməkdaşlığı inkişaf etdirmək, qarşılıqlı fikir və məlumat mübadiləsini təmin etmək, yeni investisiyaları həvəsləndirmək, üzvlərinin müvafiq özəl və rəsmi qurumlarla münasibətlərinin sağlam və effektiv şəkildə aparılmasına dəstək vermək, iqtisadi, sosial və mədəni inkişafa töhfə verməyi hədəfləyir.
Azərbaycan və Türkiyə iqtisadiyyatının inkişafına və güclənməsinə töhfə verərək iki ölkə arasındakı bölünməz qardaşlıq körpüsünün təməl daşlarından biri olmaq missiyası ilə yola çıxan TAİB, üzvləri arasında iqtisadi və sosial həmrəyliyi dəstəkləmək və inkişaf etdirmək, Türkiyədə və beynəlxalq arenada uğurlu fəaliyyətləri üçün hüquqi, texniki və digər zəruri dəstəkləri vermək, ortaq xarakterli problemlərin həllinə töhfə vermək məqsədilə fəaliyyətlər həyata keçirir. Birlik bu məqsədini gerçəkləşdirmək üçün azərbaycanlı iş insanları ilə görüşlər, seminarlar və konfranslar təşkil edir. Bundan əlavə, Birlik digər dərnək və birliklərlə əməkdaşlıq edərək ortaq təşkilatlar həyata keçirir.
13 Aprel 2023 tarixində keçirilən Fövqəladə Ümumi Yığıncaq qərarı ilə “Türkiyədəki Azərbaycanlı İş Adamları Birliyi” adı “Türkiyədəki Azərbaycanlı İş İnsanları Birliyi” olaraq dəyişdirilmişdir.
TAİB İdarə Heyətinin sədri Elshan Guliyev, İdarə Heyəti sədr müavinləri Nurlan Yusifov və Ural Aküzümdür.
TAİB İdarə Heyətinin keçmiş sədrləri

Neslihan Tombul
İyun 2021 – Mart 2022

Mehdi Nağıyev
Sentyabr 2018 – İyun 2021

Mikayıl Yusifov
Şubat 2017

Seymur Agayev
İyun 2012
