GİZLİLİK SİYASƏTİ Bu saytdan istifadə etməyiniz, gizlilik və təhlükəsizlik şərtlərini və qaydalarını oxuduğunuz və qəbul etdiyiniz mənasına gəlir. Gizlilik şərtlərində nəzərdə tutulan öhdəlikləri yerinə yetirə bilməyəcəyinizi düşünürsünüzsə, bu saytdan istifadə etməyin. Saytdakı bəzi bölmələrin istifadəsi və ya bu bölmələrlə qarşılıqlı əlaqə haqqında xüsusi əlavə müddəa və şərtlər tətbiq oluna bilər. GİZLİLİK VƏ TƏHLÜKƏSİZLİK ŞƏRTLƏRİNİN İZLƏNMƏSİ/DƏYİŞDİRİLMƏSİ Türkiyədəki Azərbaycanlı İş Adamları Birliyi (“Sayt Sahibi”) istənilən vaxt əvvəlcədən xəbər vermədən gizlilik və təhlükəsizlik şərtlərində dəyişiklik etmək və ya əlavə şərtlər gətirmək hüququna sahibdir. İstifadə zamanı toplanan məlumatların xüsusiyyətlərindən, necə istifadə edildiyindən, bu məlumatların üçüncü şəxslərlə hansı hallarda paylaşıldığından və bütün lazımi gizlilik şərtlərindən xəbərdar olunması üçün edilən dəyişikliklər bu səhifədə təqdim olunacaqdır. Sayt Sahibinin gizlilik şərtlərində dəyişiklik etmək hüququ saxlandığından, gizlilik və təhlükəsizlik şərtlərinin mütəmadi olaraq izlənməsi və oxunması lazımdır. Bu saytdan belə bir dəyişiklikdən sonrakı istifadə, gizlilik və təhlükəsizlik şərtlərindəki dəyişikliklərin qəbul edildiyi mənasını daşıyır. İstifadəçilər (İstifadəçi ifadəsi veb sayta daxil olan hər kəsi ifadə edən ümumi bir tərifdir) hər cür məlumatın üçüncü şəxslərin hüquqa zidd əməllərinin ünvanı ola biləcəyini bilir və qəbul edir. Sayt Sahibi təhlükəsizlik və pis niyyətli hərəkətlərlə bağlı heç bir zəmanət vermir. ÜÇÜNCÜ TƏRƏFLƏRƏ AİD SAYTLAR Bu saytda Sayt Sahibinin idarə etmədiyi və ya idarəsini nəzarət etmədiyi, üçüncü şəxslər tərəfindən idarə olunan alt və üst saytlar mövcud ola bilər və bunlara keçid/link/məlumat verilə bilər. Sayt Sahibinin əldə edilən bu saytlara aid məzmun, təhlükəsizlik, gizlilik siyasətləri və əlaqənin davamlı təmin ediləcəyinə dair heç bir zəmanəti və ya xüsusi öhdəliyi yoxdur. Məsuliyyət üçüncü şəxslərə aid saytlarda yazılı şərtlərə tabedir. Hər hansı bir əməliyyat edilmədən əvvəl həmin saytlardakı təhlükəsizlik və gizlilik şərtləri oxunmalıdır. ŞƏXSİ MƏLUMATLAR Saytın ziyarət edilməsi, istifadə edilməsi və ya hər hansı bir bölmədən yararlanılması üçün ad, soyad, ünvan/yaşayış yeri, IP məlumatları, e-poçt ünvanı, telefon nömrəsi və s. şəxsi məlumatlar sayta verilmiş, qeydə alınmış olur/ola bilər. İstifadəçi, verdiyi/açıqladığı/qeydə aldığı şəxsi məlumatların Sayt Sahibinə açıq olacağını nəzərə alaraq bu məlumatları açıqladığını və sayta açıqladığı, qeydə aldığı hər məlumatın Sayt Sahibinə qarşı gizliliyini itirdiyini qəbul etmiş sayılır. Sayt Sahibi istifadəçi tərəfindən verilmiş şəxsi məlumatları, Sayta girişin təmin edilməsi, Sayt təhlükəsizliyinin təmin edilməsi, istifadəçi vərdişləri, bəyənmə və seçimlərinin təhlili, statistika yaradılması kimi məqsədlərlə; qanunvericiliyə və Şəxsi Məlumat Siyasətinə uyğun olaraq istifadə edə, emal edə, saxlaya, ölkə daxilindəki və ya xaricindəki üçüncü şəxslərlə bu məqsədlər doğrultusunda paylaşa bilər. GİZLİLİK VƏ TƏHLÜKƏSİZLİK ŞƏRTLƏRİNİN POZULMASI Sayt Sahibi, gizlilik şərtlərinə riayət edilməməsi və ya qaydaların pozulması cəhdi halında, pozuntu tam gerçəkləşsin ya da gerçəkləşməsin, sistemdə mövcud məlumatları rədd etmə, məzmundan çıxarma, silmə hüququ ilə birlikdə əvvəlcədən xəbər vermədən istifadəçilərin sayt və xidmətlərə girişini dayandırma, sonlandırma, üzvlüyü ləğv etmə hüququnu saxlayır. MƏLUMAT VƏ ƏLAQƏ www.taib.org.tr veb saytının gizlilik şərtlərinə aid suallarınız üçün əlaqə səhifəsində daha ətraflı məlumat ala bilərsiniz.
