Üzv İnkişafı Komitəsi
Üzv İnkişafı Komitəsinin əsas məqsədi TAİB üzvlərinin fərdi və korporativ potensiallarını inkişaf etdirməyə yönəlmiş fəaliyyətlər həyata keçirməkdir. Bu çərçivədə peşəkar təlimlər, şəxsi inkişaf emalatxanaları, rəqəmsallaşma dəstəkləri, mentorluq proqramları və daxili əlaqəni güclündirən sosial fəaliyyətlər təşkil edir. Komitə həmçinin yeni üzvlərin TAİB strukturuna uyğunlaşmasını asanlaşdırmaq, üzvlər arasında bilik və təcrübə paylaşımını təşviq etmək məqsədilə həftəlik/aylıq əlaqə kanalları və tanıtım məzmunu hazırlayır. Hədəfi öyrənən, inkişaf edən və birlikdə böyüyən bir TAİB icması yaratmaqdır.
VÜGAR ABDULLAH
Üzv İnkişafı Komitəsinin SədriVÜGAR ABDULLAH
11 noyabr 1974-cü ildə Azərbaycanın Şəki şəhərində anadan olmuş, ibtidai, orta və lise təhsilini Şəkidə Nikolay Nekrasov adına 8 nömrəli rus dilində təhsil verən məktəbdə tamamlamışdır. 1992-ci ildə Türkiyə universitetləri üçün açılan ilk test üsulu ilə imtahanı qazanan 1000 tələbədən biri olaraq Azərbaycan Dövləti tərəfindən Türkiyənin Konya Selçuk Universitetinə dövlət təqaüdü ilə göndərilmişdir. 1998-ci ildə Selçuk Universiteti İqtisadi və İnzibati Elmlər Fakültəsi İşletmə Bölməsindən məzun olmuşdur. 1992-2016-cı illərdə Konya şəhərində xarici ticarət sahəsində fəaliyyət göstərən müxtəlif şirkətlərdə yüksək rəhbər vəzifələrdə çalışmışdır. 2016-cı ildə öz peşəkar sahəsi olan sənaye qida xammalları və çevik polimer ambalaj filmləri ixracatı ilə məşğul olan Sakasena Qida Məhsulları Ambalaj Sənaye Ticarət və Beynəlxalq Pazarlama Ltd. Şirkətini qurmuşdur, hazırda eyni şirkətdə həm qurucu, həm də Baş Direktor olaraq vəzifə daşımaqdadır. Evlidir, bir oğul və bir qız atasıdır. Yaxşı səviyyədə İngilis dili və yaxşı səviyyədə Rus dili bilir.
