“Türkiyədəki Azərbaycanlı İş Adamları Birliyi”nə (TAİB) üzvlük üçün, Sizə göndərilən üzvlük müraciət ərizəsini (yaş imza və möhürlü), şəxsiyyət vəsiqəsinin surətini və məhkumluq arayışını skan edilmiş şəkildə [email protected] elektron poçt ünvanına göndərərək, müraciət sənədlərinin əsillərini şəxsən və ya poçt vasitəsilə TAİB-in ofis ünvanına çatdıraraq müraciətinizi həyata keçirə bilərsiniz.
TAİB-ə üzvlük, İdarə Heyətinin ilk iclasında gündəm maddəsi olaraq müzakirə edilir; ardınca araşdırma və qiymətləndirmə ilə qərara alınır.
Müraciətiniz qiymətləndirildikdən sonra nəticə Sizə bildirilir.
Əlavə edilmiş fayllar: Üzvlük Müraciət Ərizəsi
