
Elşən Quliyev yeni dövr üçün TAİB İdarə Heyətinin Sədri olaraq yenidən seçildi
8 noyabr 2023-cü il tarixində Türkiyədəki Azərbaycanlı İş Adamları Birliyinin yeni dövr İdarə Heyəti iclası keçirilmişdir. Bu iclas 18 oktyabr 2023-cü ildə İstanbul Conrad Hilton otelində keçirilən və yeni dövr İdarə və Təftiş Heyətlərinin seçildiyi Ümumi Yığıncaqdan sonrakı ilk heyət iclası olmuşdur.
İclasda İdarə Heyəti üzvlərinin yekdilləşməsi ilə Elshan Guliyev İdarə Heyətinin Sədri seçilmişdir. Bundan əlavə, Zirvə İnvestisiya və Xarici Ticarət şirkətinin qurucusu Nurlan Yusifov və IG Ventures İdarəetmə və Məsləhət Xidmətləri şirkətinin İdarə Heyətinin Sədri, vəkil Ural Aküzüm Sədr müavinləri seçilmişdir.
İclasda eyni zamanda Üzvlük İnkişafı, Tədbir İnkişafı, İş İnkişafı və QHT və İctimai Əlaqələr Komitələrinə üzvlər seçilmişdir.
İclasın davamında İdarə Heyətinin Sədri Elshan Guliyev əvvəlki dövrdə inkişaf etdirilən iqtisadi-siyasi əlaqələr və yeni üzv inkişafı mövzularını müzakirə etmiş, eyni zamanda rəqəmsallaşma və texnoloji infrastruktur işləri barədə məlumat vermiş və bu işlərin yeni dövrdə də dərinləşərək davam etdiriləcəyini bildirmişdir.
İclas İdarə Heyəti üzvlərinin fikir və təkliflərinin dinlənilməsindən sonra başa çatmışdır.







