2006-cı ilin noyabr ayında qurulmuş, mərkəz ofisi Bakıda yerləşən “PAŞA Holding” fəaliyyət göstərdiyi 10 il ərzində Azərbaycanın ən öndə gələn və şirkət idarəçiliyi sahəsində böyük təcrübəyə sahib milli özəl müəssisə qruplarından birinə çevrilmişdir. Holdinqin əsas yatırımları maliyyə xidmətləri – bankçılıq və sığortaçılıq, inşaat, turizm və daşınmaz əmlak kimi neftdən kənar sektorlarda cəmləşmişdir. Bir neçə il ərzində holdinq, səhmdarların şirkət idarəçiliyi təcrübəsi, müəssisə müxtəlifliklərinin tətbiqi və regional böyümə strategiyası sayəsində bölgənin mühüm və çoxtərəfli yatırım şirkətinə çevrildi. Hazırda gərgin iş mühitində etibarın əhəmiyyətinə qətiyyətlə inanır və şəffaflıq, keyfiyyət, gəlirlilik üzərinə qurulmuş strategiyamızın güvənilirliyinə əminik.
