İyunun 15-də Azərbaycanın Şuşa şəhərində Türkiyə ilə ikitərəfli münasibətləri müttəfiqlik səviyyəsinə yüksəldən Şuşa Bəyannaməsinin 3-cü ildönümü münasibətilə “Türk Dövlətləri Təşkilatı: Geosiyasi Reallıqlar və Qlobal Çalxantılar Fonunda Yeni Strateji Hədəflərə Doğru” adlı beynəlxalq konfrans uğurla keçirildi.

Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən təşkil edilən konfransa Azərbaycan və Türkiyədən əlavə Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tükmənistan, Macarıstan və KKTC kimi TDT-yə üzv və müşahidəçi ölkələrin hakim parti liderləri, nümayəndələri və ekspertlər qatıldı.

Azərbaycan Dövlət Himninin oxunması ilə başlayan tədbirdə YAP Sədrinin müavini və Partiyanın Mərkəzi İcra Komitəsinin Sədri Tahir Budaqov Prezident İlham Əliyevin konfrans iştirakçılarına ünvanladığı məktubu oxudu.

Türk dünyası dövlətləri arasında əməkdaşlığın dərinləşdirilməsi və TDT-nin regionda sülhü, təhlükəsizliyi və rifahı təmin edəcək vacib bir quruma çevrilməsi üçün “Yol Xəritəsi”nin hazırlanması məqsqdilə keçirilən konfrans “TDT: Qlobal Təhlükəsizliyə Regional Töhfə”, “Ortaq Dəyərlərlə Modernliyin Birliyi: Yeni Dialoq Platforması Olaraq Partiya Diplomatiya” və “Türk Dünyası – 2040: Gələcəyə Konseptual Baxış” adlı 3 iclasda baş tutdu.

Tahir Budaqov TDT-nin “Türk Birliyi” ideyasi istiqamətindəki fəaliyyətlərinin ölkələr arası ortaqlığın güclənməsinə, regional inteqrasiyanın sürətlənməsinə xidmət etdiyini, dövlətlərin milli gücünün artmasını və müasir beynəlxalq münasibətlər sistemində mövqelərinin güclənməsini təmin etdiyini vurğuladı.

AK Parti Baş Sədr müavini və Bursa milletvəkili Efkan Ala Azərbaycanın suverenliyini, ərazi bütövlüyünü, dincliyini və təhlükəsizliyini regionun rahatlığının açarı olaraq gördüklərini bildirdi. Şuşa Bəyannaməsinin ikitərəfli və beynəlxalq münasibətləri daha da inkişaf etdirmək üçün prezidentlərimiz tərəfindən verilən rəhbər və göstəriş mahiyyəti daşıdığını dedi.

AK Parti Baş Sədr müavini və Xarici Əlaqələr Başçısı Zafer Sırakaya Türk dünyasında birliyi gücləndirəcək möhkəm addımlar atılması lazım olduğunu, “Türk Dilli Ölkələrin Dövlət Başçıları Zirvəsi” olaraq başladılan prosesin nəticəsində bu gün tam təşkilata sahib olduğumuzu, TDT-nin beynəlxalq səviyyədə diqqtlə izlənən və üçüncü ölkələrin əməkdaşlıq etmək istədiyi bir gücə çevrildiyini bildirdi.

TDT üzv və müşahidəçi ölkələrin hakim partiyalarının lider və nümayəndələrinin qatıldığı konfransa dəvət alan yeganə QHT olan Türkiyədəki Azərbaycanlı İş Adamları Birliyi (TAİB) adından İdarə Heyətinin Sədri, iş adamı Elshan Guliyev təmsil edilmişdir. Təsir dairəsini Azərbaycan və Türkiyədən kənara bütün Türk Dünyasına genişləndirməyi hədəfləyən TAİB konfrans çərçivəsində TDT üzv dövlətləri arasında iqtisadi, ticari və investisiya əməkdaşlığının gücləndirilməsi mövzusunda müzakirələrə qatıldı.