TAİB 2023-cü il Ümumi Yığıncaq Toplantısı

TAİB 2023-cü il Ümumi Yığıncaq Toplantısı

Oktyabrın 18-i Çərşənbə günü, İstanbul Conrad Hilton otelində Ümumi Yığıncaq Toplantımızı, yeni dövr İdarə Heyəti və Təftiş Komitesi seçkilərimizi keçirdik.

Sədrimiz Elşan Güliyevin Ural Aküzümü Toplantı Divan Heyətinin Sədri olaraq təklif etməsi, divan heyəti üzvlüklərinə də Yeganə Güliyeva və Zənfira Əliyevanın seçilməsi və qəbulu sonrasında, hər iki ölkəmizin İstiqlal Marşlarının dinlənməsi ilə toplantımız başladı.

Eyni zamanda, 18 Oktyabr Azərbaycanın Müstəqilliyinin Bərpası Günü münasibətilə hazırlanmış “Bir Dəfə Qaldırılan Bayraq Bir Daha Enməz” başlıqlı tarixi axış videosu üzvlərimizə təqdim edilərək Azərbaycanın Müstəqilliyi qeyd olundu.

Ardından Birliyin İdarə Heyətinin Sədri Elşan Güliyev, Birliyin 2022-2023 dövrü ərzində iqtisadi, siyasi və yeni üzv inkişafı, eyni zamanda dövrün tələblərinə uygun aparılan rəqəmsal laşdırma işlərinə dair Fəaliyyət Hesabatını təqdim etdi. Sonrasında Təftiş Komitesi sədri Zənfira Əliyeva da Təftiş Komitesi Hesabatını üzvlərimizə təqdim etdi. Toplantıya qatılan üzvlərimiz təsbit, təklif və töhfələrini paylaşdılar və İdarə Heyəti ilə Təftiş Komitesi üzvləri dinlədi.

Namizəd siyahılarının təqdim olunmasından sonra səsverməyə keçildi. Yeni dövr İdarə Heyəti və Təftiş Komitesi üzvlərimiz yekdill iklə seçildi. Üzvlərimizin gələcək dövr üçün fikir və töhfələri ilə davam edən Ümumi Yığıncağımız (i) Üzv inkişafı (ii) Tədbirlər (iii) İş inkişafı (iv) QHT və İctimai Əlaqələr komitələrinin qurulması təklifini qəbul etdi. Kriptologiya sahəsində dünyanın sayılı mütəxəssislərindən Fəxri Qonaq Prof. Çetin Kaya Koçun söhbəti ilə toplantımız sona çatdı.

Published On: Oktyabr 20th, 2023
Go to Top