Qərbi Azərbaycan İcması və Azərbaycan Türkiyə Evi tərəfindən Ankarada Sheraton otelində təşkil edilən “İnsan Hüquqlarının Üstünlüyünün Vacib Şərti Olaraq Qərbi Azərbaycana Geri Dönüş” mövzusunda beynəlxalq konfransda Türkiyə Cümhuriyyəti Prezidentinin müavini Dr. Cevdet Yılmaz, AK Parti Baş sədr müavini və TBMM Üzvü Efkan Ala, AK Parti Baş sədr müavini Zafer Sırakaya, Türkiyə-Azərbaycan Dostluq Qrupunun Sədri və AK Parti İstanbul Milletvəkili Şamil Ayrım, Azərbaycan Prezident Administrasiyasının Siyasət Partiyaları və Qanunvericilik Hakimiyyəti ilə Əlaqələr Şöbəsinin Rəhbəri Prof. Dr. Ədalət Vəliyev, Qərbi Azərbaycan İcmasının Sədri və milletvəkili Əziz Ələkbərov və Azərbaycan Türkiyə Evinin Sədri və milletvəkili Tənzilə Rüstəmxanlı çıxış etdi.

Prof. Dr. Vəliyev Azərbaycan Prezidenti İlham Əliyevin konfrans iştirakçılarına ünvanladığı məktubu oxudu. Məktubda Əliyev Qərbi Azərbaycanlıların hüquqlarının dəstəklənməsində prinsipal mövqe tutan Türkiyəyə təşəkkür edərək konfransın regionda sülh, ədalət və insan hüquqlarının təmin edilməsi yolunda vacib olduğunu qeyd etdi.

Efkan Ala çıxışında: “Qərbi Azərbaycanlıların sülh yolu ilə öz torpaqlarına geri dönmə hüququ beynəlxalq hüququn ən əsaslı prinsiplərindən biridir” dedi.

Prof. Dr. Ədalət Vəliyev isə: “Bu məsələ təkcə Azərbaycanın deyil, bütün Türk dünyasının vicdan sınavıdır. Qərbi Azərbaycanlıların tarixi və insani hüquqlarını müdafiə etmək hamımızın ortaq məsuliyyətidir” dedi.

Türkiyə Prezidentinin müavini Dr. Cevdet Yılmaz çıxışında: “Türkiyə olaraq qardaş Azərbaycanın haqlı davasında hər zaman yanındayıq. Könüllü və təhlükəsiz geri dönüş prosesini dəstəkləyirik” dedi.

İki ayrı panel iclasında Qərbi Azərbaycanın tarixi, beynəlxalq hüquq perspektivi və insani yönləri müzakirə edildi.

Panelistər arasında Prof. Dr. İlber Ortaylı, Prof. Dr. Yüksel Özgen, Prof. Dr. Cavid Abdullazade, Prof. Dr. Yaşar Sarı, Prof. Dr. Muharrem Kılıç, Derya Yanık, Vedat Bilgin və Zeynep Yıldız kimi dəyərli adlar yer aldı.

Bu iclasarda tarixi sənədlər və şahidliklərlə Qərbi Azərbaycanlıların məcburi köçürülməsi, hüquq itkələri və gələcəyə yönəlik həll təklifləri müzakirə edildi.

Konfransda Türkiyədəki Azərbaycanlı İş Adamları Birliyini (TAİB) İdarə Heyətinin Sədri, iş adamı Elshan Guliyev, üzvlər Elshan Rasulov, Vugar Abdullah və vəkil Alper Tolga Cırık təmsil etdi.