
TAİB Azərbaycan Respublikası Ticarət Nümayəndəliyinin təşkil etdiyi İftar proqramına qatıldı
Azərbaycan Respublikasının Türkiyədəki Ticarət Nümayəndəliyinin təşkil etdiyi iftar proqramına Azərbaycanın İstanbuldakı Baş Konsulu Narmina Mustafayeva, Türkiyə Ticarət Nazirinin Baş Məsləhətçisi Mehmet Hüseyin Bilgin, TİM Sədr müavini Ahmet Güleç, DEİK Baş Katibi Caner Çolak, DEİK Türkiyə-Azərbaycan İş şurasının Sədri Selçuk Akat və müxtəlif sektorlardan tanınmış iş adamları qatıldı.
Çırağan Sarayında keçirilən iftar proqramı Ticarət Nümayəndəsi Tamerlan Tağıyevin açılış çıxışı ilə başladı. Ardından iştirakçılara Azərbaycandakı investisiya imkanlarını anladan qısa video göstərildi. Videonun ardından Ticarət Nümayəndəsinin Baş Məsləhətçisi Cavid Abdullayev mövzu ilə bağlı təqdimat edərək iştirakçılara ətraflı məlumat verdi.
Tikinti, turizm, mədən, enerji, maliyyə, tekstil, qida, səhiyyə və daha bir çox fqrqli sektordan iş adamlarının qatıldığı tədbirdə TAİB-i İdarə Heyətinin Sədri, iş adamı Elshan Guliyev təmsil etdi. Guliyev Azərbaycandakı imkanlarla maraqlan investorlarla ikitərəfli görüşlər keçirərək iki ölkə arasında yeni əməkdaşlıq sahələri barədə fikir mübadiləsi apardı.











