TAİB üzv şirkəti Zirvə Yatırım tərəfindən inşa edilən “Azərbaycan Abidəsi” təntənəli şəkildə açıldı

TAİB üzv şirkəti Zirvə Yatırım tərəfindən inşa edilən “Azərbaycan Abidəsi” təntənəli şəkildə açıldı

1915–1916-cı illər arasında Çanaqqala Döyüşlərində şəhid olan Azərbaycanlı əsgərlərin xatirəsinə ‘Tarixi Gelibolu Yarımadasında’ tikilməsi tamamlanan ‘Azərbaycan Abidəsi’ 18 Mart 2024-cü il tarixində təntənəli mərasimlə açıldı.

Mərasimdə Azərbaycanın Ankaradakı Səfiri Rəşad Məmmədov və Mədəniyyət və Turizm Nazirliyinin Çanaqqala Döyüşləri və Gelibolu Tarixi Ərazi Rəisi İsmail Kaşdemir iştirak edərək açılış nitqləri söylədilər və abidəyə çələng qoydular.

Rəşad Məmmədov çıxışında 2015-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin Çanaqqaladakı mərasimlərə qatıldığı zaman Prezident Rəcəb Tayyib Ǝrdoğanın tarixi ərazidə belə bir abidənin tikilməsi üçün göstəriş verdiyini xatırlatdı və bunun ardınca abidənin tamamlanaraq açıldığını bildirdi. 100 il əvvəl Azərbaycan Türkləri, Krım Türkləri, Orta Asiya Türkləri, Osmanlı Türklərinin çiyin-çiyinə, arxa-arxaya bu torpaqları qoruyaraq şəhid oldularını, bu abidənin qardaşlığımızın, bir millət olmağımızın, dəyərli tariximizin simvolu olduğunu əlavə etdi.

Tarixi Ərazi Rəisi İsmail Kaşdemir abidənin təməlinin 14 Dekabr 2022-ci il tarixində keçirilən mərasimlə qoyulduğunu xatırladaraq çıxışına belə davam etdi: “İstiqlal Müharibəsi ilə birlikdə qovuşduğumuz Cümhuriyyətimizin təməlləri Çanaqqalada atılmış, qurtuluşa olan inanc və qurtuluşa gedən yol, məhz bu torpaqlarda başlamışdı. Çanaqqalanın muzəffər komandanı, İstiqlal Müharibəmizin Baş Komandanı, Cümhuriyyətimizin qurucusu Qazi Mustafa Kamal Atatürk məhz bu torpaqlarda, Çanaqqalada tarix səhnəsinə ilk addımını atmışdı. Buradan qazandığı böyük uğurlarla Türk millətini arxasına, yanına alaraq qurtuluş mübarizəsini böyük uğurla qazanmış və yenə milləti ilə birlikdə Cümhuriyyətimizi qurmuşdur. Bu gün açılışını etdiyimiz Azərbaycan abidəsi isə Türkiyə–Azərbaycan qardaşlığının bir simvolu olaraq Çanaqqala torpaqlarında hər kəsi salamlayacaq, aramızdakı bağları daha da möhkəmləndirəcəkdir.”

Açılışa TAİB İdarə Heyəti Sədrinin Müavini və Zirve Yatırım və Dış Ticaret Ltd. Şti. İdarə Heyəti Sədri Nurlan Yusifov, TAİB üzvləri; SCR Müşavirlik və İnşaat Baş Direktörü Tural Məmmədov (SOCAR) və RAUMİR A.Ş. İdarə Heyəti Sədri Kamil Salduz da qatıldı.

Zirve Yatırım və Dış Ticaret Ltd. Şti. tərəfindən təbii daşlarla inşa edilən bu möhtəşəm abidənin üzərindəki 100 il əvvəlki Osmanlı və Azərbaycan əsgər fiqurları Azərbaycan memarları tərəfindən Bakıda tuncdan hazırlanaraq Türkiyəyə gətirildi və burada montajı edildi. Abidə ərazisinin girişində təbii daşdan hazırlanmış məlumat lövhəsi yerləşdirilmişdir. Abidə dünyanın bir çox yerində olan Türk şəhidlikləri üslubunda tikilmiş olub Şəhidlər Abidəsinə 500 metr məsafədə yerləşdirilmişdir.

Published On: Mart 25th, 2024
Go to Top