Turan Manafzade

Azərbaycanı dünya səhnələrində təmsil edən ən gənc qadın orkest dirijoru və Azərbaycan Dövlət Sənətçisi Turan Manafzadə 1991-ci ildə Bakıda doğulub. Azərbaycan Dövlət Sənətçisi pianoçu İslam Manafovun qızı olan Manafzadə, dirijorluğun yanı sıra pianoçu olaraq bir çox ölkədə konsertlər vermişdir.

2012-ci ildə MSGSÜ Dövlət Konservatoriyasında Dos. Nurferi Onurun piano bakalavr sinfindən məzun olmuşdur. Boris Petrushansky, Tamara Poddubnaya və Dimitri Başkirovun piano dərslərində iştirak etmiş, 2017-ci ildə Rengim Gökmenlə dirijorluq üzrə çalışmalar aparmışdır. 2014-cü ildə MSGSÜ Orkest Dirijorluğu bakalavr təhsilinə başlamış və 2019-cu ildə Antonio Pirollinin sinfindən məzun olmuşdur.

2019-cu il yanvar ayında Vyananın “Muth” konsert salonunda “Yeni İl” konsertinin dirijorluğunu etmiş, may ayında qardaşı Abuzar Manafzadənin bəstələdiyi ilk Balaban konsertinin Bakı premyerasının orkest dirijorluğunu etmişdir.

2018-ci ildə Star Rafineri açılışında, 2019-cu ildə TANAP layihəsinin açılış mərasimində Prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğana ailəsi ilə birlikdə xüsusi piano konserti vermişdir.

Bahçeşehir Universiteti İşletmə Fakültəsi magistr təhsilini “Rəqəmsal Transformasiyanın Sənət və Sənətçi Fəaliyyətlərinə Təsiri: COVID-19 Üzərinə Bir Araşdırma” tezisi ilə 2021-ci ildə tamamlamışdır.

2022-ci ildə qurduğu “Turan Orkestrası” ilə konsertlər vermiş, eyni il Limak Filarmoniya Orkestrasının dəvəti ilə Aspendos konsertini idarə etmiş, Brüssel Avropa Parlamentinin “Yehudi Menuhin” salonunda solo resital və Paris UNESCO-da konsertlər vermişdir. Türk Dünyası qadın sənətçilərindən ibarət və musiqi direktorluğunu yürütdüyü “7 Güzel” musiqi qrupu ilə fərqli qitələrdə konsertlər verməyə davam edir.

2023-cü ildə Türkiyə Cümhuriyyətinin 100 illiyinə həsr və hədiyyə etdiyi “TÜRKİYE 100” adlı marşın bəstəçisidir. Həmçinin Qarabağ Futbol Klubunun rəsmi sponsoru Final Çayın təklifi ilə yazdığı və 30 il sonra Qarabağ Xankəndidə oynanan ilk matçda ilk dəfə səsləndirilən “Finalda Qazandıq” adlı rəsmi azarkeş marşının bəstəçisidir.
Manafzadə aktiv musiqi həyatına dirijor, pianoçu və bəstəçi olaraq fərqli ölkələrdə solo və layihə konsertləri ilə davam etməkdədir.