
Ümummilli Lider Heydər Əliyev vəfatının 20-ci ildönümündə Sarıyerdə anıldı
Müasir Azərbaycanın qurucusu Heydər Əliyev vəfatının 20-ci ildönümündə Sarıyerdəki abidəsinin önündə anıldı. Mərasimə Azərbaycanın İstanbuldakı Baş Konsulu Narmina Mustafayeva, Sarıyer Bələdiyyə Başçısı Şükrü Genç, Azərbaycan Ordusu və Dövlət mənsubları, iş adamları və azərbaycanlı vətəndaşlar qatıldı.
Azərbaycan və Türkiyə dövlət himnlərinin oxunması ilə başlayan anma mərasimində Baş Konsul Mustafayeva və Bələdiyyə Başçısı Genç çıxış etdilər.
Kireçburnudakı Heydər Əliyevin abidəsinə çiçək qoyan Baş Konsul Mustafayeva və Bələdiyyə Başçısı Genç eyni parkda olan Atatürk abidəsinə də çiçək qoyaraq hər iki lideri andılar.











