Azərbaycanın Ümummilli Lideri Heydər Əliyev üçün Azərbaycan Baş Konsulluğunun ev sahibliyində Kireçburnudakı Heydər Əliyev Parkında anma proqramı keçirildi. Sarıyer Bələdiyyəsi tərəfindən adına verilən parkda baş tutan anma proqramının açılış çıxışını Azərbaycanın İstanbuldakı Baş Konsulu Narmina Mustafayeva etdi. “Heydər Əliyev yalnız Azərbaycanın deyil, bütün Türk dünyasının ortaq qururudur” deyən Mustafayeva belə davam etdi: “Vizyonu, həyat təcrübəsi və ölkəsinə bağlılığı ilə hamımız üçün çox vacib bir liderdir. Bir millət, iki dövlət anlayışı ilə Türkiyə və Azərbaycan qardaşlığı onun işıq saçan irsıdır. Heydər Əliyev bizə dayanmadan, yorulmadan hər zaman çalışmağı öyrətdi. Onun bizə qoyduğu əmanət Azərbaycandır. Ölkəmizi qorumaq, gücləndirmək və sahib çıxmaq hamımızın borcudur.”

Sarıyer Bələdiyyəsi Məclis Başqan müavini Meltem Yücel Pir isə Azərbaycanın Ümummilli Liderini bu sözlərlə andı: “Əliyevin fikirləri, idealları və əsərləri, eyniliklə böyük öndərimiz Mustafa Kamal Atatürk kimi əbədiyyətə qədər yaşamağa davam edəcəkdir. Heydər Əliyev yalnız Azərbaycana deyil, bütün Türk dünyasına istiqamət verən bir lider idi. Bu gün bu qardaşlıq daha da güclənərək davam etməkdədir. Bu kontekstdə Türkiyə və Azərbaycanın ortaq hədəfləri istiqamətində yürütdüyü əməkdaşlıq çox dəyərlidir. Biz liderlərimizin izindən gedərək ölkələrimizi və əməkdaşlığımızı daha da irəliyə aparmaq üçün çalışmağa davam edəcəyik.”

Türkiyədəki Azərbaycanlı İş Adamları Birliyi mərasimda İdarə Heyəti tərəfindən təmsil olundu.

Hər iki ölkənin dövlət himnlərinin oxunması ilə başlayan mərasim parkdakı Heydər Əliyev və Mustafa Kamal Atatürk abidələrinə çiçəklər qoyulması ilə başa çatdı.