1. Üzvlük tələbində olan şəxs, Azərbaycan mənşəli iş sahibi/yüksək səviyyəli peşəkar rəhbər və ya Azərbaycanla ticarət fəaliyyətləri olan birisi olmalıdır. 2. Üzvlük müraciəti TAİB İdarə Heyəti tərəfindən qiymətləndirilərək qərara alınır. İdarə Heyəti tələbi rədd və ya qəbul edə bilər. 3. Üzvlük tələbində olan şəxs, Sponsoru (TAİB ÜZVÜü) tərəfindən yaxşı tanınmalı və həm cəmiyyətdə, həm də iş dünyasında müsbət (hörmətli və etibarlı) mövqeyə sahib olmalıdır. 4. Namizəd mövcud və keçmiş işi, vəzifəsi, sektordakı səviyyəsi və əldə etdiyi uğurları ilə qiymətləndiriləcəkdir. 5. Doldurulmuş ÜZVLÜk FORMU namizəd tərəfindən imzalanır. Formaya, həmçinin namizədin vesiqəlik fotoşəkili, şəxsiyyət vəsiqəsinin surəti və məhkumluq arayışı əlavə edilməlidir. 6. Müraciətlər qiymətləndirilərkən Şirkət Sahibi, Şirkət Ortağı, Yüksək Səviyyəli Rəhbər, Akademik, Diplomat kimi profillərə sahib namizədlər üstünlük təşkil edəcəkdir. 7. Üzvlük müraciəti təsdiqləndikdən sonra namizəd illik olaraq müəyyən edilən TAİB üzvlük haqqını ödəyərək, ödəmə qəbzini [email protected] elektron poçt ünvanına göndərməlidir. 8. Qəbul edilən üzv, üzvlükdən ayrılmaq istədiyini yazılı olaraq TAİB-ə bildirmədiyi halda, üzvlüyü hər maliyyə ilinin əvvəlində avtomatik olaraq yenilənəcəkdir. ÜZVÜn ÖHDƏİYİ Türkiyədəki Azərbaycanlı İş Adamları Birliyinin (“Birlik”) Nizamnaməsini oxudum və bu çərçivədə; * Birliyin quruluş fəlsəfəsinə və məqsədinə sadiq qalacağımı, * Nizamnamədə göstərilən prinsip və qaydalara əməl edəcəyimi, * Üzvlükdən doğan öhdəliklərimi vaxtında və tam olaraq yerinə yetirəcəyimi, * Birliyin məqsədlərinin həyata keçirilməsi üçün aparılan fəaliyyətlərə dəstək verəcəyimi, * Bildirdiyim məlumatların doğru olduğunu, ünvanımda və bildirdiyim digər məlumatlarda dəyişiklik olduğu halda ən gec 1 (bir) ay ərzində bildiriş verəcəyimi, əks halda ilk ünvanıma və elektron poçt ünvanıma göndərilən bildirişlərin mənə çatdırılmış sayılacağını dönməz şəkildə qəbul, bəyan və öhdəmə götürürəm. Birliyə əsas üzv olaraq qəbul edilməm üçün gərəkli işlərin görülməsini hörmətlə arz edirəm.
