Potensialı ortaya çıxarırıq, ortaq gələcəyi birlikdə qururuq
Fikirləri konkret əməkdaşlıqlara və davamlı dəyərə çevirmə yönümlü
TAİB Türkiyə ilə Azərbaycan arasındakı iqtisadi, ticarət və korporativ əlaqələrin gücləndirilməsi məqsədilə fəaliyyət göstərir. Azərbaycan və Türkiyə iş dünyasını ortaq hədəflər ətrafında birləşdirən vətəndaş cəmiyyəti təşkilatıdır. Üzvləri arasında etibar əsaslı iş əlaqələrinin qurulmasını təşviq edir, investisiya mühitini dəstəkləyən platformalar yaradır və iki qardaş ölkə arasında iqtisadi inkişaf üçün ortaq layihələr həyata keçirir.

Üzvlərimizin məmnuniyyətini əsas alan etibarlı və yenilikçi bir iş şəbəkəsi təqdim edirik.
15+ illik təcrübəmizlə
TAİB Xəbərlər
Üzvlərimizin Güçlü Olduğu Sektorlar
TAİB müxtəlif sektorlarda fəaliyyət göstərən iş adamlarını bir çətir altında bir araya gətirərək, bilik paylaşımını, əməkdaşlığı və innovasiyanı təşviq edir. Birlik üzvlərimizin iş potensiallarını inkişaf etdirə və Türkiyə-Azərbaycan ticarət əlaqələrinin ən aktual dinamikalarına çata biləcəkləri görüş nöqtələri yaradır.
TAİB olaraq qurulduğumuz gündən bəri Azərbaycan və Türkiyə iqtisadiyyatının inkişafına və güclənməsinə töhfə verərək üzvlər arasında iqtisadi və sosial həmrəyliyi dəstəkləmək və inkişaf etdirmək üçün fəaliyyətlər həyata keçiririk. Üzvlərimizin maraqlarının həm Türkiyədə, həm də beynəlxalq arenada təmsilini və qorunmasını təmin edirik, Türkiyə ilə Azərbaycan arasında ikitərəfli ticarət, iqtisadi və mədəni əlaqələrin inkişafına töhfə veririk. TAİB Türkiyədə fəaliyyət göstərən Azərbaycan mənşəli iş adamlarını bir çətir altında birləşdirir, Türkiyədəki iqtisadi mühit haqqında ümumi məlumatlar verir, ticarət və texniki sahələrdə əməkdaşlığı inkişaf etdirir, qarşılıqlı fikir və məlumat mübadiləsini asanlaşdırır və yeni investisiyaları təşviq edir.














































