
TAİB İftar Proqramı Çırağan Sarayında Keçirildi
Türkiyədəki Azərbaycanlı İş İnsanları Birliyi (TAİB) 11 Mart 2026-cı il tarixində İstanbulda Çırağan Sarayında keçirilən iftar proqramında üzvlərini və seçkin qonaqlarını bir araya gətirdi. Ramazan ayının birlik, həmrəylik və paylaşma ruhu ilə dolu olan bu axşamda iş dünyasının nümayəndələri isti bir mühitdə toplanıldılar. Proqrama TAİB üzvləri və çoxsaylı dəvətli qatıldı.
İftar proqramında çıxış edən AK Parti İstanbul Millət Vəkili Şamil Ayrım, Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq bağlarının iqtisadi və ticari əməkdaşlıq vasitəsi ilə daha da gücləndiyini vurğulayıb iş dünyasının bu prosesdeki mühüm roluna diqqət çəkdi.
TAİB İdarə Heyətinin Sədri, iş adamı Elşan Güliyev çıxışında Türkiyə ilə Azərbaycan arasındakı qardaşlığın təkcə siyasi deyil, eyni zamanda iqtisadi, mədəni və humanitar əlaqələr vasitəsi ilə hər gün daha da gücləndiyini vurğuladı. Azərbaycanın Türkiyədə ən böyük investor ölkələrdən biri olmasının iki xalq arasındakı inamın və ortaq vizyonun konkret göstəricisi olduğunu qeyd etdi. Güliyev TAİB-in iki ölkə arasında iqtisadi münasibətlərin dərinləşməsinə daha böyük qətiyyətlə töhfə verməyə davam edəcəyini bildirdi.
Çırağan Sarayının eşsiz tarixi atmosferində keçirilən proqram, üzvlər və fəxri qonaqlar arasındakı bağları gücləndirən, Ramazan ruhunu qeyd edən və iki ölkə arasındakı qardaşlıq körpüsünü möhkəmləndirən mənalı bir axşam geridə qoydu.


















































