
TAİB-də yeni dövr üzrə vəzifə bölgüsü müəyyənləşdi
Türkiye’deki Azerbaycanlı İş İnsanları Birliyi’nin (TAİB) 29 aprel 2026-cı il tarixində keçirilən 2026–2029-cu illər üzrə Seçkili Növbəti Ümumi Yığıncağından sonra yeni seçilmiş İdarə Heyəti ilk iclasını keçirdi.
İclasda İdarə Heyəti üzvləri arasında vəzifə bölgüsü aparılaraq Birliyin yeni dövr üzrə idarəetmə strukturu müəyyənləşdirildi. Vəzifə bölgüsünün nəticəsinə əsasən, TAİB İdarə Heyətinin sədri vəzifəsinə Dr. Asıf Kurban seçildi.
2026–2029-cu illər üzrə vəzifə bölgüsü aşağıdakı kimi müəyyən edildi:
Sədr: Dr. Asıf Kurban
Korporativ əlaqələr, media, QHT və dövlət qurumları ilə əlaqələr üzrə sədr müavini: Mikayıl Yusifov
Üzvlük işləri üzrə sədr müavini: Vügar Abdullah
Hüquq, uyğunluq və qadın liderliyi komissiyasının sədri: Av. Zenfira Aliyeva
Rəqəmsallaşma və biznesin inkişafı komissiyasının sədri: Elshan Guliyev
Yeni dövrdə TAİB rəhbərliyi üzvlər arasında həmrəyliyin gücləndirilməsi, Birliyin institusional təsirinin artırılması, rəqəmsallaşma proseslərinin inkişaf etdirilməsi və Türkiyə ilə Azərbaycan arasında iqtisadi əməkdaşlığa daha güclü töhfə verilməsi istiqamətində fəaliyyətini davam etdirəcək.







