TAİB-in 2026–2029 dövrü üzrə Seçkili Növbəti Ümumi Yığıncağı keçirildi

TAİB-in 2026–2029 dövrü üzrə Seçkili Növbəti Ümumi Yığıncağı keçirildi

Türkiyədəki Azərbaycanlı İş İnsanları Birliyinin (TAİB) 2026–2029 dövrü üzrə Seçkili Növbəti Ümumi Yığıncaq Toplantısı 29 aprel 2026-cı il tarixində İstanbulda, Paşa Yatırım Bankasının Baş Ofis toplantı salonunda keçirildi.

Toplantıda üzvlər bir araya gələrək Birliyin fəaliyyət dövrü ilə bağlı qiymətləndirmələr apardılar. Ümumi Yığıncaq çərçivəsində İdarə Heyətinin fəaliyyət hesabatı, Təftiş Komissiyasının hesabatı və maliyyə hesabatları üzvlərin diqqətinə təqdim olundu, həmçinin yeni dövr üçün qurumların seçkiləri tamamlandı. Beləliklə, TAİB-in 2026–2029 dövründə fəaliyyət göstərəcək yeni İdarə Heyəti və Təftiş Komissiyası müəyyənləşmiş oldu.

Birliyimizin institusional inkişafı, üzvlərimiz arasında həmrəyliyin gücləndirilməsi və Türkiyə–Azərbaycan iş dünyası əlaqələrinin daha da inkişaf etdirilməsi baxımından mühüm platforma yaradan Ümumi Yığıncağımıza qatılan bütün üzvlərimizə təşəkkür edir, yeni dövrün xeyirli olmasını arzulayırıq.

TAİB-in 2026–2029 dövrü üzrə İdarə Heyəti

Əsas üzvlər:
Elshan Guliyev
Asif Kurban
Vügar Abdullah
Mikayıl Yusifov
Zenfira Aliyeva

Ehtiyat üzvlər:
Akif Mammadov
Khaladdin Guliyev
Refail Ekber
Rauf Yusufoğlu
Rövşen Şahbazov

TAİB-in 2026–2029 dövrü üzrə Təftiş Komissiyası

Əsas üzvlər:
Ural Aküzüm
Emin İmanov
Tural Mammadov

Ehtiyat üzvlər:
Saide Hüseynova
Ahmet Mehmetoğlu
Yegane Guliyeva

Published On: Aprel 30th, 2026
Go to Top