“Zəngəzur Dəhlizi: Türkiyə-Azərbaycan İqtisadi Əlaqələrinə Təsiri” mövzusunda simpozium keçirildi

“Zəngəzur Dəhlizi: Türkiyə-Azərbaycan İqtisadi Əlaqələrinə Təsiri” mövzusunda simpozium keçirildi

Türkiyədəki Azərbaycanlı İş İnsanları Birliyi tərəfindən İstanbul Bilgi Universitetinin ev sahibliyində “Zəngəzur Dəhlizi: Türkiyə–Azərbaycan İqtisadi Əlaqələrinə Təsiri” mövzusunda simpozium keçirildi.

14 Dekabr 2023-cü il tarixində Türkiyədəki Azərbaycanlı İş İnsanları Birliyi (TAİB) tərəfindən İstanbul Bilgi Universitetinin ev sahibliyində “Zəngəzur Dəhlizi: Türkiyə–Azərbaycan İqtisadi Əlaqələrinə Təsiri” mövzusunda simpozium keçirildi.

Simpoziumda 2-ci Qarabağ Müharibəsinin ən diqqətçəkən nəticələrindən biri olan Zəngəzur Dəhlizinin tarixçəsi, yerli, regional və qitələrarası səviyyədə əhəmiyyəti, keçdiyi bölgələr üzrə ölkələrdə yerli iqtisadi inkişafı təşviq edici rolu, üstünlükləri, zəif cəhətləri və təhlukə yarada biləcək ünsürlər müzakirə olundu.

AzərbaycanMillət Vəkili, Türk Dövlətləri Təşkilatının Keçmiş Baş Katibi Ramil Həsən və TAİB İdarə Heyətinin Sədri və InvestAZ Yatırım Menkul Dəyərlər A.Ş. İdarə Heyətinin Sədri Elşan Güliyevin açılış nitqləri ilə başlayan simpozium, İstanbul Bilgi Universitetinin Beynəlxalq Əlaqələr Bölməsinin Rəisi Prof. Dr. Kenan Dağcının moderatorluğunda panel iclası ilə davam etdi.

Panelist Dr. Fərid Şəfiyev, Azərbaycan Prezidenti yanında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin Sədri; Dr. Orxan Bağırov, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin Baş Elmi İşçisi; Prof. Dr. Hasan Ünal, İstanbul Bilgi Universitetinin Hüquq Fakültəsi; və Dos. Dr. Vüqar İsmayılov, TAİB Sədr Müavini və İstanbul Mədəniyyət Universitetinin müəllimi, hər biri öz çıxışları ilə mövzuya töhfə verdilər və tədbir sual-cavab bölməsi ilə başa çatdı.

Natiqlar aşağıdakı məsələlərə toxundular:

● Qarabağ Müharibəsinin ən diqqətçəkən nəticələrindən biri olan Zəngəzur Dəhlizi yerli, regional və qitələrarası olmaqla üç ölçüdə əhəmiyyət daşıyır.
● Dəhlizin keçdiyi bölgələr üzrə ölkələrdə yerli iqtisadi inkişafı təşviq edici rolu onun əsas yerli təsiridir.
● Dəhliz, Türkiyə, Azərbaycan və Ermənistanın az inkişaf etmiş bölgələrindən keçməklə iqtisadi təsir yaradır.
● Regional səviyyədə dəhlizin Azərbaycanın uzun mücətdə işğal altında olan cənub-qərb bölgələrinə qoşulmasını təmin etməsi gözlənilir; eyni zamanda Türkiyənin terrorçuluğa qarşı mübarizə aparan şərq bölgələrinə iqtisadi artım təmin etməsi proqnozlaşdırılır.
● Bundan əlavə, Zəngəzur Dəhlizi dünyanın ən şərqi ilə qərbini birləşdirən, alternativlərinə nəzərən daha etibarly və qısa ticarət yolu olması baxımından qitələrarası əhəmiyyət daşıyır.
● Dəhliz, Asiya ilə Avropa arasında tranzit nəqliyyat layihələri üçün Azərbaycan üzərindən mühüm imkan təqdim edir və Azərbaycan Avrasiyada nəqliyyat və logistika mərkəzi kimi güclənəcəkdir.
● Lakin, dəhliz işlərinin dəqiq bir plana malik olmaması və bölgədəki təhlükəsizlik problemlərinin davam etməsi, Azərbaycan və Ermənistan arasında sərhədlərin müəyyən edilməməsi kimi zəif cəhətlər mövcuddur.
● ABŞ və Avropada təsirli Erməni lobisləri də dəhlizin açılmasına qarşı mühüm bir təhdid yaradır.

Published On: Dekabr 15th, 2023
Go to Top