“Türkiyə-Türk Dünyası Əsri: Siyasi və İqtisadi Əlaqələrdə Yeni Rol Modeli” konfransı

“Türkiyə-Türk Dünyası Əsri: Siyasi və İqtisadi Əlaqələrdə Yeni Rol Modeli” konfransı

Türkiyə Böyük Millət Məclisinin (TBMM) Sədri Numan Kurtulmuş, Sheraton Otelində keçirilən “Türkiyə-Türk Dünyası Əsri: Siyasi, İqtisadi Əlaqələrdə Yeni Rol Modeli Türkiyə-Azərbaycan Ortaq Konfransı”ndakı çıxışında konfransın müasir Azərbaycanın qurucusu, böyük fikirli, ideallı böyük dövlət xadimi Heydər Əliyevin 100-cü doğum ildönümü və Türkiyə Cumhuriyyətinin qurulmasının 100-cü ildönümündə keçirildiyini bildirdi.

Azərbaycanın daha da güclü bir ölkə olaraq yoluna davam edəcəyini ifadə edən Kurtulmuş dedi: “Heydər Əliyev təkcə Azərbaycana deyil, Türkiyə Cumhuriyyəti Dövlətinə və millətimizə, hətta Türkiyə və Azərbaycanı aşan şəkildə bütün Türk dünyasına bir miras qoydu. ‘Bir millət, iki dövlət.’ Son illərdə bu mirasın sahiplənildiyini görməkdən böyük məmnunluq duyuruq.”

İki ölkə arasında yaxınlaşma istəyinin eyni vaxtda baş verdiyini qeyd edən Kurtulmuş, bunun fövqəladə vacib, dəyərli və öz-özlüyündə böyük bir imkan olduğunu və bu istiqamətdə ciddi addımların atıldığını görməyin sevindirici olduğunu vurğuladı.

Kurtulmuş, Azərbaycanın tarixi qələbəsi və ərazi bütövlüyünün bərpasından sonra bölgədə siyasi sabitliyin təmin edilməsi üçün göstərilən iradənin də fövqəladə vacib olduğunu söyləyərək dedi: “Dünyanın ən mühüm geostrateji keçid bölgəsində Türkiyə və Azərbaycanın ortaq səyləri ilə ümid edirik ki, bir tarazlıq və sabitlik yaranacaq və dünya sülhünə çox ciddi töhfə veriiləcəkdir.”

“Asiyanın ən şərqindən Avropaya söz sahibi olacaq nöqtəyə gəldik”

Türk Dövlətləri Təşkilatının qurulmasının əhəmiyyətinə işarə edən Kurtulmuş belə danışdı:

“Ölkələrimizin ortaq hədəflər istiqamətində irəliləyə bilməsi üçün ciddi bir iradənin mövcud olduğunu görürük. Bundan da böyük məmnunluq duyuruq. Asiyanın ən şərqindən Avropaya qədər uzanan bu dəhlizdə söz sahibi, təsir sahibi və qərar sahibi ola biləcək nöqtəyə gəlmiş bulunuruq. Başqalarının oxunda, bizim üçün çəkilən və icazə verilən sahlardə hərəkət etmək əvəzinə, şərqin və qərbin oxuna məhkum olmaq əvəzinə özümüzə məxsus orijinal oxumuzu quraraq, şərqdən qərbə, Yaxın Şərq və Afrika daxil olmaqla bütün bu bölgədə yeni əməkdaşlıqlar inkişaf etdirmək, sülhü gücləndirmək və rifahı artırmaq üçün çalışırıq.”

Kurtulmuş, Türkiyə üçün fövqəladə vacib bir vizyon olaraq irəli sürülən “Türkiyə Əsri” vizyonunun yalnız siyasi ritorika və ya bir partiyanın və ya bazı partiyaların ortaq baxışı deyil, millətin ortaq hədəfi olması lazım olduğunu vurğuladı: “Türkiyə Əsri sözü güclü, gücü təsirli bir Türkiyənin əsri deməkdir.”

“Üfüqümücü gördüyünüz yaxın ətrafınızla məhdudlaşdıra bilmərik”

Türkiyənin həmişə önünə yeni hədəflər qoyacağını ifadə edən Kurtulmuş dedi: “Türkiyə Əsrinin güclü şəkildə gerçəkləşməsi hədəfimiz, xyalımız, ideyalımızdır.”

Kurtulmuş, Türkiyə Əsri perspektivinin Türkiyəni yalnız 85 milyonluq vətəndaşlarından ibarət görməyib bunun ötəsində bir gücü ortaya qoya bilmək olduğunu dilə gətirərək belə davam etdi:

“Bu güc nədir? Millət varlığı dediyimiz gücümüzdür. Millət varlığımız, yaxın ətrafımızdan başlayan dostlarımız, soydaşlarımız olmaqla dünyanın dörd bir tərəfində yüz milyonlarla Türkiyə dostu olan insanları əhatə edir. Əvvəlcə Türk dünyası, sonra İslam dünyası; millət varlığımız dostumuz olan iki milyarddan çox insanı əhatə edir. Bu fövqəladə bir güc mənbəyidir. Bu gücü yaxşı dəyərləndirmək, millətimizin xeyrinə istifadə etmək və dünyada hər kəslə qarşılıqlı fayda prinsipinə əsaslanan münasibətlər qurmaq – bu bizim əsas məqsədimizdir.”

Kurtulmuş həmçinin bildirdi: “Türkiyə Böyük Millət Məclisi olaraq, Türkiyə-Azərbaycan münasibətlərini və Türkiyənin Türk dünyasının qardaş ölkələri ilə münasibətlərini hər cəhətdən gücləndirməyə davam etmək üçün var gücümüzlə, canla başla çalışacağıq, səy göstərəcəyik.”

Published On: Sentyabr 19th, 2023
Go to Top