
Ümummilli Lider Heydər Əliyev 101-ci doğum günündə Sarıyer Kireçburnunda anıldı
Azərbaycanın mərhum Prezidenti, Ümummilli Lider Heydər Əliyevin doğumunun 101-ci ildönümündə Azərbaycan Respublikasının İstanbuldakı Baş Konsulluğu tərəfindən Kireçburnuda adını daşıyan parkda anma proqramı təşkil edildi. Mərasimə Azərbaycanın İstanbuldakı Baş Konsulu Narmina Mustafayeva, Sarıyer Bələdiyyə Başçısı Mustafa Oktay Aksu, Türk Dövlətləri Təşkilatı (TDT), Türkiyədəki Azərbaycanlı İş Adamları Birliyi (TAİB) və Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyası (TADEF) üzvləri, SOCAR, Azərbaycan Hava Yolları (AZAL) nümayəndələri, konsulluq əməkdaşları, diplomatlar, ordu mənsubları və İstanbul Azərbaycan Hüseyin Cavid məktəbi şagirdləri qatıldı.
Hər iki ölkənin dövlət himnlərinin oxunması ilə başlayan mərasimda Baş Konsul Mustafayeva və Sarıyer Bələdiyyə Başçısı çıxış etdilər. Mərasim parkdakı Heydər Əliyev və Mustafa Kamal Atatürk abidələrinə çiçəklər qoyulması ilə başa çatdı.














