Türk Dövlətləri Təşkilatının yaranmasının 15-ci ildönümü və “3 Oktyabr Türk Dövlətləri Günü” qeyd edildi

Türk Dövlətləri Təşkilatının yaranmasının 15-ci ildönümü və “3 Oktyabr Türk Dövlətləri Günü” qeyd edildi

Türk Dövlətləri Təşkilatının (TDT) təsis sənədi olan Naxçıvan Sazişinin 15-ci ildönümü münasibətilə “3 oktyabr Türk Dövlətləri Əməkdaşlıq Günü” Ankarada bir oteldə keçirilən “Türk Əməkdaşlığının Hazırkı Vəziyyəti və Gələcək Gözləntiləri” adlı panel və ardınca keçirilən qəbulla qeyd edildi.

TDT Baş Katibi Səfir Kubaniçbek Ömüraliyevin ev sahibliyində keçirilən qəbula Daxili İşlər Naziri Ali Yerlikaya, Xarici İşlər nazirinin müavini Nuh Yılmaz, TBMM sədr müavini Celal Adan, Xaricdəki Türklrə və Qohum İcmalar Başçısı Abdullah Eren, Qazaxıstan XN müavini Alibek Bakayev, Azərbaycan XN müavini Elnur Məmmədov, Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov, Qırğızıstan XN müavini Aybek Moldoqaziyev, Özbəkistan XN müavini Babür Usmanov, TDT üzv dövlətlərinin Ankara səfirləri, TDT müşahidəçi üzvləri, Macarıstan, Türkmənıstan və KKTC-nin Ankara səfirləri, Rusiya Federasiyasının Ankara səfiri və çoxsaylı diplomatik missiya nümayəndələri qatıldı. TAİB qəbulda İdarə Heyətinin Sədri, iş adamı Elshan Guliyev tərəfindən təmsil edildi.

Çıxışlarda Türk dövlətlərinin əməkdaşlıq içində olmalarının vaciblyinə diqqt çəkildi. Türk dövlətlərinin yaratdıqları iqtisadiyyatın dünya iqtisadiyyatında ciddi paya sahib olduğu qeyd edildi və bu əlaqələrin iqtisadi inkişafı da özü ilə gətirdiyi vurğulandı.

Səfir Ömüraliyev çıxışında son 15 ildə TDT-nin siyasi, iqtisadi və sektoral ortaqlıqları inkişaf etdirdiyini və güclü qlobal mövqe əldə etdiyini vurğuladı. 175 milyon əhalini, 4 milyon kvadratkm ərazini və 1,9 trilyon ABD dolları ümumi daxili məhsulu olan Türk dünyasının yeganə çoxtərəfli əməkdaşlıq platforması olduğunu, Türk dövlətlərinin dünyanın 14-cü böyük iqtisadiyyatı və 3-cü böyük enerji təchizatçısı olduğunu əlavə etdi.

Daxili İşlər Naziri Ali Yerlikaya dedi: “TDT üzv dövlətlər arasında ticarəti və investisiyani təşviq edərək iqtisadi əməkdaşlığın inkişafında mühüm rol oynamışdır. TDT çərçivəsində yaradılan müxtəlif mexanizmlər vasitəsilə regional sınamalarla mübarizəmizi gücləndirir, regional və beynəlxalq sülh və təhlükəsizlik üçün həmrəyliyimizi möhkəmləndiririk. Türk Dünyası 2040 vizyonu istiqamətində hər il çoxtərəfli əməkdaşlığımızın həcmini genişləndirməkdən məmnunuq. Qarşıda qət etməli olduğumuz uzun yol var. Qlobal sınamaların təsirlərini dərindən hiss etdiyimiz bu dövrdə Türk dövlətləri olaraq həmrəyliyimizi gücləndirməli, bir-birimizə hər sahədə dəstək olmalıyıq.”

Tədbirə TAİB-i təmsilən xüsusi dəvətlə qatılan İdarə Heyətinin Sədri, iş adamı Elshan Guliyev, 15 il əvvəl liderlərin ortaq vizyon ilə bir araya gələrək ortaq tarix, mədəniyyət və dil əsasında Türk dünyasını birləşdirmək məqsqedilə yaratdıqları və bu gün xarici siyasət, təhlükəsizlik, iqtisadiyyat, təhsil, nəqliyyat, enerji və daha bir çox sahədə 35-dən artıq əməkdaşlıq sahəsi olan TDT-nin fəaliyyətinə TAİB olaraq töhfə verilməsi və əməkdaşlıq həcminin müəyyənləşdirilməsi üçün iştirakçılarla müxtəlif məsləhətləşmələr apardı.

Published On: Oktyabr 9th, 2024
Go to Top