
TAİB Üzvlərlə Bir Araya Gəldi
Türkiyə ilə Azərbaycan arasındakı köklü dostluq bağlarını iqtisadi sahədə daha da gücləndirməyi hədəfləyən Türkiyədəki Azərbaycanlı İş İnsanları Birliyi (TAİB) yeni dövrün ilk üzv məclisi toplantısını keçirdi.
Vadi İstanbul Kaşıbəyaz restoranında baş tutan toplantıda birliyin qarşıdakı dövrdə həyata keçirəcəyi fəaliyyətlər müzakirə olundu, strateji yol xəritəsi ətrafında fikir mübadiləsi aparıldı.
Toplantının açılış çıxışını eden TAİB-in sədri Dr. Asıf Kurban iştirak edən bütün üzvlərə təşəkkür edərək, yeni dövrdə izlənəcək strategiya ilə bağlı önəmli mesajlar verərək bunlari qeyd etdi:
“TAİB olaraq məqsədimiz yalnız Azərbaycan əsilli iş adamlarını eyni çətir altında bir araya gətirmək deyil. Əsas məqsədimiz üzvlərimiz arasında güçlü biznes əlaqələrə yaratmaq, həmrəyliyi və qurumsal əməkdaşlığı artırmaq, yeni investisiya və tərəfdaşlıq imkanları formalaşdırmaq, həmçinin iş dünyasının ehtiyaclarına həll yolları təqdim edən səmərəli bir platforma qurmaqdır..
Bununla yanaşı, Türkiyə ilə Azərbaycan arasında iqtisadi əlaqələrin daha da inkişafına töhfə verəcək layihələr həyata keşərmək, iki qardaş ölkənin iş dünyası arasında dayanıqlı körpülər yaratmaq və ortaq inkişaf vizyonunu dəstəkləmək də TAİB-in əsas prioritetləri sırasındadır. Bu yanaşma əsasında üzvlərimizə dəyər qatacaq fəaliyyətləri qətiyyətlə davam etdirəcəyik.”
İş dünyasının problemləri və həll yolları müzakirə olundu
Toplantı çərçivəsində çıxış edən birlik üzvləri yeni dövrdə həyata keçirilməsi planlaşdırılan layihələr, qarşıya çıxan çətinliklər və onların həlli yolları ilə bağlı fikir və təkliflərini səsləndirdilər. Üzvlər ortaq mövqedən çıxış etməyin və ticari əməkdaşlıqları artırmağın vacibliyini xüsusi vurğuladılar.
İnvestisiya kreditləri və bank sektoru da gündəmdə idi
Toplantıda iştirak edən eyni zamanda TAİB üzvü də olan Pasha Bank Türkiyə direktor müavini Fərid Əliyev iş dünyasını yaxından maraqlandıran maliyyə proseslərinə toxundu. Əliyev, bank sektorunun cari vəziyyəti barədə iştirakçılara məlumat verərək, iş insanları üçün nəzərdə tutulan investisiya kreditləri və maliyyələşdirmə imkanları ilə bağlı ətraflı təqdimat etdi.
Toplantı iştirakçıların birgə xatirə fotosu ilə yekunlaşdı.







