2-ci Türkiyə–Azərbaycan Yatırım Forumu Bakıda Keçirildi

2-ci Türkiyə–Azərbaycan Yatırım Forumu Bakıda Keçirildi

23 dekabr 2025 tarixində Azərbaycanın paytaxtı Bakıda iki qardaş ölkə arasında iqtisadi əlaqələrin dərinləşdirilməsi və investisiya imkanlarının artırılması məqsudilə 2-ci Türkiyə–Azərbaycan İnvestisiya Forumu keçirildi. Azərbaycan İxrac və İnvestisiyaların Təşviqi Agenliyi (AZPROMO) və Türkiyə–Azərbaycan İş Adamları və Sənayecilər Birliyi (TÜİB) əməkdaşlığı ilə həyata keçirilən forumda hər iki ölkənin rəsmi qurumları, iş dünyası nümayəndələri və investorlar iştirak etdi. 

Forumun açılış çıxışlarında yüksək səviyyəli dövlət və hökumət rəsmiləri iştirak etdi.

Azərbaycan Respublikasının Baş naziri əli Ǝsadov iki ölkə arasında iqtisadi və ticarət əlaqələrinin strateji tərəfdaşlıq əsasında gücləndirilməsinin vacibliyini vurğuladı.

Türkiyə Cümhuriyyəti Cumhurbaşqanının müavini Cevdet Yılmaz bərpa olunan enerji, ticarət və regional əməkdaşlıq sahələrində Türkiyə ilə Azərbaycanın birgə işləmə qarərlılığını ifadə etdi.

Türkiyə Ticarət Naziri Ömer Bolat forumda Türkiyə ilə Azərbaycan arasında azad ticarət müqaviləsi bağlanması istəyini və iki ölkə ticarət həcminin artırılması hədəflərini çatdırdı.

Forumda həmçinin Azərbaycan İqtisadiyyat Naziri Mikayıl CabbarovAZPROMO İcraçı Direktoru Yusif Abdullayev kimi tanınmış şəxslər iştirak etdi; panel və görüşlərdə investisiya imkanları, iqtisadi artım strategiyaları və ticarət infrastrukturunun inkişafı məsələləri müzakirə edildi. 

İnvestisiya Forumu çərçivəsində müxtəlif sektorlara dair hərtarfləi qiymətləndirmələr aparıldı. İştirakçılar investisiya və maliyyələşdirmə imkanlarının genişləndirilməsi, ərzaq təhlükəsizliyi və kənd təsərrüfatı sahəsində əməkdaşlıq, ticarət, logistika və təchizat zəncirləri sahəsindəki imkanlar barədə fikir mübadiləsi apardılar. Bundan başqa, enerji və bərpa olunan enerji investisiyaları, Sənaye 4.0 və texnologiyaya əsaslanan sahibkarlıq layihələri, eləcə də regional nəqliyyat dəhlizlərinin iqtisadi təsirləri panellərdə müzakirə edilən əsas məsələlər arasında yer aldı.

Bundan əlavə, forum çərçivəsində hər iki ölkənin şirkətləri arasında enerji sektorunda mühüm əməkdaşlıq müqavilələri imzalandı; bunlardan biri Azərbaycan Dövlət Neft Şirkəti SOCAR Türk şirkəti GAMA Enerji arasında enerji investisiya əməkdaşlığıdır.

Forumda edilən çıxışlarda Azərbaycan və Türkiyə arasında qarşılıqlı investisiya həcminin möhkəm təməllərə söykandiyina diqqat çəkildi. Qarşılıqlı investisiyaların milyardlarla dollara çatdığı və müvafiq sektorlarda artım hədəflərinin davam etdiyi vurğulandı. Zəngəzur Dəhlizi kimi nəqliyyat və ticarət şəbəkələrinin iki ölkə arasında ticarət axınının sürətləndirilməsində kritik rol oynadığı ifadə edildi.

Türkiyə‑Azərbaycan İnvestisiya Forumuna Türkiyədəki Azərbaycanlı İş İnsanları Birliyi (TAİB) adından İdarə Heyətinin Sədri, iş adamı Elshan Guliyev də qatıldı. Sədr Guliyev forum müdətində həm Azərbaycan, həm də Türk rəsmiləri və iş dünyası nümayəndələri ilə investisiya və ticarət imkanlarını qiymətləndirmək üçün görüşlər keçirdi. Bu görüşlərdə TAİB üzvlərinin perspektivindən iqtisadi imkanlar, ortağ layihələr və yeni investisiya sahələri barədə fikir mübadiləsi aparıldı.

Published On: Aprel 2nd, 2026
Go to Top