
TAİB Heyətindən Səfirə Ziyarət
Türkiyədəki Azərbaycanlı İş Adamları Birliyi (TAİB), rəsmi və iş dünyasının qabaqcıl qurumlarına edəcəyi ziyarətlərin ilkinə Azərbaycan Səfirliyi ilə başladı.
TAİB İdarə Heyətinin sədri Dr. Asıf Kurban və idarə heyətinin bərabərindəki üzvləri Vugar Abdullah, Mikayıl Yusifov, Zenfira Əliyeva və fəxri üzv Turan Manafzade Azərbaycanın Ankara Səfirliyi vəzifəsinə yeni təyin olunmuş Rəşad Məmmədovu ziyarət ediblər.
Görüş zamanı Dr. Asıf Kurban səfir Rəşad Məmmədovu yeni vəzifəsi münasibətilə təbrik edərək, ona uğurlar arzulayıb. Birlik olaraq indiyə qədər həyata keçirdikləri işləri və gələcək dövr üçün hədəflərini bölüşərək, iki qardaş ölkə arasındakı ticari bağları daha da irəliyə aparmaq üçün qətiyyətlə çalışmaya davam edəcəklərini vurğulayıb.
Ziyarətdən məmnunluğunu ifadə edən səfir Rəşad Məmmədov isə TAİB heyətinə təşəkkür edərək, iş adamlarının iki ölkə arasında körpü rolunun mühüm əhəmiyyət kəsb etdiyini bildirib.
Səmərəli və səmimi atmosferdə keçən görüşdə Türkiyə ilə Azərbaycan arasındakı iqtisadi və ticari əlaqələr dərindən müzakirə edilib. Növbəti dövrə aid strateji addımların danışıldığı toplantıda iki ölkənin ticarət dövriyyəsinin artırılmasının vacibliyinə də diqqət çəkilib.
Səfir Rəşad Məmmədov TAİB-in layihələrinə və fəaliyyətlərinə hər cür dəstəyi verməyə hazır olduqlarını qeyd edib. O, gələcəkdə birlikdə keçiriləcək ortaq forumlar, layihələr və institusional əməkdaşlıqlar sayəsində iqtisadi əlaqələrin daha da güclənəcəyinə inandığını ifadə edib.
Görüşün sonunda TAİB heyətinin rəhbəri Dr. Asıf Kurban səmimi qəbula görə səfir Rəşad Məmmədova minnətdarlığını bildirib və ziyarətin xatirəsi olaraq cənab Səfirə xüsusi plaket təqdim edilib.
Görüş heyət üzvlərinin Səfirlə birlikdə çəkdirdiyi xatirə şəkli ilə yekunlaşıb.










